"Türk Telekom" İspaniyanın Gran Canaria komandası ilə qarşılaşacaq

Basketbol üzrə "Türk Telekom" Komandasının kubok uğrunda aparacağı mübarizə TRT Spor Yıldız ekranından canlı yayımlanacaq.

1981905
"Türk Telekom" İspaniyanın Gran Canaria komandası ilə qarşılaşacaq

Türkiye təmsilçisi İspaniya yığmasına qalib gəlsə, Avropada klubun tarixinin ilk kubokunu qaldıracaq. Bundan əvvəl “Qalatasaray” və “Darüşşafaka” avrokuboku qazanmağı bacarmışdı.

Yeri gəlmişkən, Erdem Canın yetirmələri avrokuboku qazansalar, 2023-24 mövsümündə də Türk Hava Yollarının Avropa Liqasında mübarizə aparmağa vəsiqə qazanacaqlar. "Türk Telekom"un rəqibi "Gran Canaria" indiyə dək Avropada kubok qazana bilməyib.

Kanar adalarının Las Palmas şəhərində oynaenacaq final matçına 11500 tamaşaçı tutumuna malik "Gran Canaria" Arena ev sahibliyi edəcək.

Qarşılaşma Türkiye vaxtı ilə saat 22.00-də başlayacaq.



Әlaqәli Xәbәrlәr