Türkiye millisi Xorvatiya yığmasını qəbul edəcək

Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci tura yekun vurulur. TRT spor xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma keçiriləcək.

1965908
Türkiye millisi Xorvatiya yığmasını qəbul edəcək

A qrupunda Gürcüstan yığması Norveçi qəbul edəcəksə, İspaniya millisi Şotlandiyanın qonağı olacaq.

D qrupunda Türkiyə millisi Xorvatiya yığmasını qəbul edəcək. Qrupun digər matçı isə Uelslə Latviya arasında baş tutacaq.

İ qrupunda Kosovo Andorranı, Rumıniya Belarusu, İsveçrə də İsraili qəbul edəcək.

AVRO-2024-də iştirak edəcək 20 komandanın müəyyənləşəcəyi qrup mərhələsi 16-21 noyabr 2023-cü il tarixlərində keçiriləcək oyunlarla yekunlaşacaq. 10 qrupda ilk 2 yeri tutan komandalar AVRO-2024-də iştirak hüququ qazanacaqlar.

 



Әlaqәli Xәbәrlәr