Fransa qrupdakı liderliyini qorudu

Futbol üzrə 2024-cü il Avropa Çempionatının seçmə mərhələsinin ikinci turu 8 qarşılaşma ilə davam edib.

1965926
Fransa qrupdakı liderliyini qorudu

TRT spor xəbər verir ki seçmə mərhələnin ikinci turunda B, E, F və G qruplarında görüşlər keçirilib.

B qrupunda İrlandiyanın qonağı olan son dünya çempionatının finalçısı Fransa 50-ci dəqiqədə Benjamin Pavardın qolu ilə mübarizədən 1-0 qalib ayrılıb. İki oyunun nəticəsinə görə xallarını 6-ya çatdıran Fransa qrupdakı liderliyini qoruyub. Qrupun digər oyununda Hollandiya 23-cü dəqiqədə Memfis Depay, 50-ci və 82-ci dəqiqələrdə isə Nathan Ake ilə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.

Seçmə mərhələdə 4 qrupda keçirilən oyunların nəticələri:

B qrupu

İrlandiya - Fransa: 0-1

Niderland - Cəbəllütariq: 3-0

E qrupu

Moldova-Çexiya: 0-0

Polşa - Albaniya: 1-0

F qrupu

İsveç - Azərbaycan: 5-0

 Avstriya-Estoniya: 2-1

G qrupu

 Monteneqro-Serbiya: 0-2

 Macarıstan-Bolqarıstan: 3-0



Әlaqәli Xәbәrlәr