Fransa millisinin yeni kapitanı bəlli olub

Futbol üzrə Fransa millisinin yeni kapitanı Kilian Mbappe olub

1963775
Fransa millisinin yeni kapitanı bəlli olub

TRT spor xəbər verir ki, bundan sonra sarğını PSJ-nin hücumçusu Kilian Mbappe daşıyacaq.

Məşqçilər heyəti Uqo Lyoris və Rafael Varanın yığmadakı karyeralarını başa vurmalarından sonra kapitanlığı 25 yaşlı forvarda həvalə edib.

Qeyd edək ki, Fransa millisinin heyətində 66 oyuna 36 qol vuran Kilian Mpabbe ötən il Qətərdə keçirilmiş dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülüb.

 



Әlaqәli Xәbәrlәr