“Sevilya”-da yeni dövr başlayır

“Sevilya” baş məşqçisi Xorxe Sampaolini istefaya göndərib.

1963157
“Sevilya”-da yeni dövr başlayır

TRT spor xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

63 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrından “Sevilya”ya rəhbərlik edirdi. Komanda argentinalı məşçqinin rəhbərliyi altında bütövlükdə 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb. “Sevilya” La Liqada keçirdiyi 26 oyundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Klub rəhbərliyi Sampaolini Xose Luis Mendilibarla əvəz edib. İspaniyadan olan 62 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. 

 



Әlaqәli Xәbәrlәr