“Barselona” “El Klassiko”nun qalibi olub

İspaniya La Liqasında 26-cı tura yekun vurulub.

1961935
“Barselona” “El Klassiko”nun qalibi olub

TRT spor xəbər verir ki, turun son günündə daha 5 görüş baş tutub.

Turun mərkəzi matçı lider “Barselona” ilə əzəli rəqibi “Real” arasında baş tutub. Hesabı Madrid təmsilçisinin açdığı qarşılaşma kataloniyalıların əzmkar qələbəsiylə yekunlaşıb.

Barselona – Real 2:1

Qol: S.Roberto, 45. Kessye, 90+2 – Arauxo, 9-öz qapısına.

“Betis” “Malyorka”nı, “Real Sosyedad” “Elçe”ni, “Xetafe” isə “Sevilya”nı məğlub yola salıb.

Hazırda 68 xala malik “Barselona” vahid liderdir. “Real” 56 xalla 2-ci, “Atletiko” 51 xalla 3-cü pillədə qərarlaşıb. 



Әlaqәli Xәbәrlәr