“Çelsi” və  “Benfika” 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

1956350
“Çelsi” və  “Benfika” 1/4 finala yüksəlib

TRT Spor xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Gecənin ən prinsipial matçı İngiltərədə “Çelsi” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında olub. Dortmunddakı ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə isə London təmsilçisi iki cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.

Digər qarşılaşmada isə “Benfika” Portuqaliyada Belçika “Brügge”sini qəbul edib. İlk görüşdə Lissabon təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub etmişdisə, cavab görüşündə darmadağınla qalib gəlib və sürprizə imkan verməyib.

1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.

8 Mart

“Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) (0:1)

 “Bavariya” (Almaniya) - PSJ (Fransa) (1:0)

14 Mart

“Mançester Siti” (İngiltərə)–“RB Leypsiq” (Almaniya) (1:1)

“Porto” (Portuqaliya) – “İnter” (İtaliya) (0:1)

15 Mart

 “Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə) (5:2)

Neapol (İtaliya) - Ayntraxt Frankfurt (Almaniya) (2:0)

 



Әlaqәli Xәbәrlәr