Kristian Atsu “Nyukasl Yunayted” – “Liverpul” matçında bir dəqiqəlik sükutla yad edilib

Episentri Kahramanmaraş olan zəlzələlərdə həyatını itirən “Atakaş Hatayspor”un oyunçusu Atsu daha əvvvəl forma geydiyi “Nyukasl Yunayted” klubu tərəfindən unudulmadı.

1949027
Kristian Atsu “Nyukasl Yunayted” – “Liverpul” matçında bir dəqiqəlik sükutla yad edilib
Newcastle United atsu

2016-2021-ci illər arasında “Nyukasl Yunayted”də çıxış edən Qanalı futbolçu Atsu,İngiltərə Liqasının 24-cü turunda baş tutan “Nyukasl Yunayted” – “Liverpul” matçında, bir dəqiqəlik sükutla yad edilib.

“Nyukasl Yunayted”in texniki direktoru Eddi Hou dağıntılar altında qalaraq həyatını itirən Kristian Atsunun ölümündən çox təsirləndiyini, onu yaxından tanıdığını, mükəmməl insan olduğunu deyib.

 



Әlaqәli Xәbәrlәr