“VakıfBank” Braziliyanın “Gerdau Minas” komandası ilə qarşılaşıb

Antalyada keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Qadın Klublararası 2022 Dünya Çempionatının ikinci gününün son matçında VakıfBank Braziliyanın “Gerdau Minas” komandası ilə qarşılaşıb.

1919616
“VakıfBank” Braziliyanın “Gerdau Minas” komandası ilə qarşılaşıb

Antalya İdman Salonunda oynanan matçın ilk setini VakıfBank 25-22 qazanaraq 1-0 üstünlüyü ələ keçirib. Gərgin keçən ikinci setdə rəqibini 26-24 hesabı ilə qabaqlayan sarı-qaralar üçüncü setdə də güclü performans sərgiləyərək matçdan 3-0 qalib ayrılıb.

Türkiyenin iki komanda ilə təmsil olunduğu FIVB Klublar Dünya Çempionatı Eczacıbaşı Dynavit (Türkiye) - Prosecco DOC Imoco Volley (İtaliya) və Gerdau Minas (Braziliya) - Kuanış Club (Qazaxıstan) matçları ilə davam edəcək.

Tədbir 18 dekabr bazar günü keçiriləcək final oyunu ilə yekunlaşacaq.



Әlaqәli Xәbәrlәr