DÇ-2022: İkinci finalçı Fransa oldu

Qətərdə təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

1919136
DÇ-2022: İkinci finalçı Fransa oldu

TRT spor xəbər verir ki, ikinci finalçının adına Fransa - Mərakeş matçında aydınlıq gəlib.

 Xatırladaq ki, ilk yarımfinal oyununda Argentina Xorvatiyaya 3:0 hesabıyla qalib gələrək finala yüksəlmişdi. Beləliklə, dekabrın 18-də baş tutacaq final matçında Fransa və Argentina yığmaları üz-üzə gələcək. Bundan bir gün əvvəl isə üçüncü yer uğrunda oyun keçiriləcək. Həmin oyunda da Mərakeş və Xorvatiya yığmaları qarşılaşacaq.

Fransa – Mərakeş 2:0

Qol: Teo Hernandes, 5. Randal Kolo Muani, 79. 

Baş hakim: Sezar Ramos (Meksika).

“Əl-Bayt” stadionu.



Әlaqәli Xәbәrlәr