DÇ-2022: Argentina –Xorvatiya qarşılaşması TRT ekranlarında

2022-ci il futbol üzrə dünya çempionatının ilk yarımfinal matçında bu gün Messinin Argentina yığması ilə Modriçin Xorvatiya yığması üz-üzə gələcək.

1918058
DÇ-2022: Argentina –Xorvatiya qarşılaşması TRT ekranlarında

TRT spor xəbər verir ki, qarşılaşma Türkiyə vaxtı ilə saat 22:00-də Qətərin paytaxtı Dohadakı Lusail stadionunda başlayacaq. Matçı italiyalı hakim Daniele Orsato idarə edəcək.

Dünyanın maraqla gözlədiyi qarşılaşma TRT 1, TRT 4K, TRT WATCH və trtspor.com.tr-də canlı yayımlanacaq.

Qarşılaşmanın qalibi Mərakeş - Fransa matçının qalibi ilə final uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, 1994-cü il dünya çempionatında oynanılan qrup matçında Argentina Pinedanın qolu ilə rəqibini 1:0 hesabı ilə məğlub edib. Rusiyanın ev sahibliyində keçirilmiş DÇ-2018-də isə Xorvatiya Argentinanı Rebiç, Modriç və Rakitiçin qolları ilə 3:0 hesabı ilə udub.



Әlaqәli Xәbәrlәr