Portuqaliya İsveçrə qarşılaşması TRT ekranlarında olacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

1915124
Portuqaliya İsveçrə qarşılaşması TRT ekranlarında olacaq

TRT spor xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bu matçı argentinalı FİFA referisi Fernando Rapallini idarə edəcək.

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Türkiyə vaxtı ilə saat 22:00-də başlayacaq qarşılaşmanı meksikalı Sesar Arturo Ramos idarə edəcək. Maçt TRT 1, TRT 4K, TRT WATCH və trtspor.com.tr-də canlı yayımlanacaq.

Xatırladaq ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.



Әlaqәli Xәbәrlәr