ABŞ 1/8 finala vəsiqəni tək qolla təmin edib

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində dünən sonuncu tura start verilib

1912631
ABŞ 1/8 finala vəsiqəni tək qolla təmin edib

TRT spor xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutub.

B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşıb. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı vardı. Lakin yekunda İngiltərə və ABŞ yığmaları sevinən tərəf olub. Amerikalılar 1/8 finala vəsiqəni tək qolla təmin ediblər.

İran - ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.



Әlaqәli Xәbәrlәr