Avropa liqası: Təmsilçimiz “Fənərbaxça” “Dinamo” ilə üz-üzə gələcək

Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.

1901554
Avropa liqası: Təmsilçimiz “Fənərbaxça” “Dinamo” ilə üz-üzə gələcək

TRT spor xəbər verir ki, sonuncu turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Türkiye təmsilçilərindən “Fənərbaxça” Polşada Kiyev “Dinamo”su ilə üz-üzə gələcək. B qrupunun digər maçtında “Renn” AEK-i (Larnaka) qəbul edəcək. “Renn” və “Fənərbaxça” ilk iki pilləni təmin edib. Oyunlar qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Digər təmsilçimiz “Trabzonspor” “Ferentsvaroş”u qəbul edəcək. H qrupunda “Monako” – “Srvena Zvezda” matçı da baş tutacaq.

Daha əvvəl “Arsenal” (İngiltərə), PSV (Niderland), “Fənərbaxça” (Türkiye), “Renn” (Fransa), “Betis” (İspaniya), “Yunion” (Belçika), “Mançester Yunayted” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Frayburq”(Almaniya) və “Ferentsvaroş” (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.



Әlaqәli Xәbәrlәr