Onur Dəmirçi bir qızıl, iki gümüş medal qazanıb

Milli atlet Onur Dəmirçi Albaniyada keçirilən gənclər və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb.

1897100
Onur Dəmirçi bir qızıl, iki gümüş medal qazanıb

Durresdə keçirilən çempionatda gənclər arasında 109 kq çəki dərəcəsində mübarizə aparan milli ağırlıqqaldıran Onur Dəmirçi birdən qaldırmada 163 kq qaldıraraq qızıl medal qazanıb.

Təkanla qaldırmada 196 kiloqram və ümumi hesabla 359 kq-ın öhdəsindən gələn Onur eyni vaxtda iki gümüş medalın sahibi olub.



Әlaqәli Xәbәrlәr