“Fənərbaxça” AEK-ə, “Trabzonspor” “Monako”ya qarşı mübarizə aparacaq.

Avropa Liqasının qrup mərhələsində bu gün 4-cü turun oyunları keçiriləcək.

1892434
“Fənərbaxça” AEK-ə, “Trabzonspor” “Monako”ya qarşı mübarizə aparacaq.

TRT spor  xəbər verir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” Kiprdə AEK (Larnaka) komandasının qonağı olacaq. İstanbul təmsilçisi qələbə sayəsində ilk iki pillədən birini təmin edəcək. B qrupunun digər matçında Fransa “Renn”i Ukraynanın “Dinamo” (Kiyev) kollektivi ilə üz-üzə gələcək.

Digər təmsilçimiz “Trabzonspor” isə  Fransa "Monako"sunu qəbul edəcək. H qrupunun digər matçında Serbiyanın “Srvena Zvezda” klubu Macarıstan “Ferentsvaroş”u ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr