Prezident Ərdoğan IV Dünya Köçəri Oyunlarının rəsmi açılışında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan İznikdə keçirilən Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edib.

1886518
Prezident Ərdoğan IV Dünya Köçəri Oyunlarının rəsmi açılışında çıxış edib
Göçebe oyunları-1
Göçebe oyunları-2
Göçebe oyunları-3

“Biz bəşəriyyətin minilliklərinə damğasını vuran köçəri mədəniyyətinin yox olmasına razı ola bilmərik".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İznikdə keçirilən Dünya Köçəri Oyunlarının açılış mərasimində etdiyi çıxışda deyib. 

Ərdoğan Oyunların türk dünyasının birliyinə və həmrəyliyinə təsirindən bəhs edib. Dövlət başçısı diqqətə çatdırıb ki, ilk üç oyunlara Qırğızıstanın ev sahibliyi etdiyi IV Dünya Köçəri Oyunlarını keçirməkdə məqsəd zəngin mədəniyyətimiz, tariximizi, ənənə və dəyərlərimizi tərənnüm etməkdir.

Köçəri mədəniyyətinin insanlıq tarixi qədər qədim olduğuna diqqət çəkən Ərdoğan deyib:

“Min illərdir insan cəmiyyətləri müxtəlif səbəblərdən öz yerlərini tərk edərək başqa coğrafiyalarda yeni yaşayış yerləri axtarıblar. Eyni şəkildə, müəyyən bir coğrafiyada davamlı və ya fəsillərə görə yerlərini dəyişdirərək həyatlarını davam etdirən icmalar da var. Bu uzun səfərlər zamanı qarşılaşan insan cəmiyyətləri bir-birlərinə təsir etmişlər. Media və kommunikasiya vasitələri dünyanı kiçik bir kəndə çevirsə də, miqrasiya hələ də mədəniyyətin və insan münasibətlərinin ən təsirli daşıyıcısıdır”.

Minlərlə illik bəşəriyyətdə iz qoymuş bu mədəniyyətin yox olmasına razı ola bilməyəcəklərini ifadə edən Ərdoğan "Bunun üçün istər oyunlarla, istərsə də digər bu kimi fəaliyyətlərlə köçəri mədəniyyətini müxtəlif aspektlərlə yaşatmaqda böyük fayda görürük. Köçəri Oyunlarını dünyaya yayan bu tədbiri də bəşəriyyətin qədim irsini gələcək nəsillərə ötürməkdə mühüm tədbir kimi görürəm" deyib.

Bu arada, prezident Ərdoğan IV Dünya Köçəri Oyunları çərçivəsində İznikə gələn Qırğızıstan prezidenti Sadır Çaparov, Şimali Kıbrıs (Kipr) Türk Respublikasının prezidenti Ersin Tatar və Qazaxıstan parlamentinin sədri Yerlan Koşanov ilə ayrı-ayrılıqda görüşüb.



Әlaqәli Xәbәrlәr