Basketbol üzrə növbəti prezident kubokunun sahibi bəlli oldu

36-cü keçirilən basketbol üzrə prezident kubokunu Anadolu Efes qazand

1886022
Basketbol üzrə növbəti prezident kubokunun sahibi bəlli oldu

Kubok uğrundakı mübarizədə Fənərbaxça ilə Anadolu Efes qarşılaşdı.

Anadolu Efes Fenerbahçe Beko-nu 71-62 hesab ilə məğlub edərək, Basketbol üzrə Kişilər arasında 36-cı Prezident Kubokunu qazandı.

Ankara İdman Salonunda keçirilən qarşılaşma təsirli başlayan Anadolu Efes ilk dörddəbiri 23-15 hesabı ilə tamamlayıb.

İkinci rübdə rəqibinə cəmi 8 xal qazandıran mavi-ağlılar dövrəyə 42 - 23 öndə daxil olub. Üçüncü dövrə baş-başa mübarizə şəraitində keçsə də, Anadolu Efes son dövrə 54 - 36 hesab ilə başlayıb. Dördüncü dövrədə üstünlüyünü qoruyan Anadolu Efes 71 – 62 hesabla qələbə qazanaraq kubokun sahibi olub.

Çempionluq kubokunu vitse-prezident Fuat Oktay ilə gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlundan alan “Anadolu Efes”dən Ante Ziziç qarşılaşmanın ən uğurlu oyunçusu seçilib.



Әlaqәli Xәbәrlәr