Qətər futbol üzrə dünya çempionatı ərəfəsində

“Qatar Tourism” kompaniyasının baş əməliyyat direktoru Bertold Trenkel bildirib ki...

1876649
Qətər futbol üzrə dünya çempionatı ərəfəsində
Qətər_03.jpg
Qətər_Floating_Hotel_.jpg
Qətər_Doha.jpg
Qətər_Raffles-Doha.png
Qətər_.jpg

 

  Qətər futbol üzrə dünya çempionatı ərəfəsində daha 3 yeni beş ulduzlu otel açmağa hazırlaşır. Hökumət paytaxt Dohaya gələcək 1,2 milyon futbol azarkeşi üçün ən yüksək qonaqlama şəraiti yaradacaq.

  Yeni otellərin – hər biri 278 otaqlı “Wyndham Grand Doha West Bay Beach”, “Doha Corniche” və Marsa Arabia adasındakı “Pearl-Qatar”ın açılışı oktyabrın 1-də olacaq.

  Ölkə əhalisinin yarısı qədər – 1,2 milyon qonaq qəbul etmək Qətər hökuməti üçün əsas problemdir. Belə ki, azarkeşlər, komanda üzvləri və turnir heyətinin hətta kruiz gəmilərində və səhra düşərgələrində yerləşdirilməsi məsələsi də müzakirə olunub.

  “Qatar Tourism” kompaniyasının baş əməliyyat direktoru Bertold Trenkel bildirib ki, yeni otellər dünya çempionatından sonra da Qətərin turizm sektorunun inkişafına xidmət edəcək.

  Futbol üzrə dünya çempionatı zamanı Qətərə 31 ölkədən azarkeşlər gələcək.

  FIFA-nın verdiyi məlumata görə, noyabrda Dohada keçiriləcək turnirin 3 milyon biletindən 2,4 milyonu artıq satılıb.

 



Әlaqәli Xәbәrlәr