Rıdvan Yılmaz Şotlandiya karyerasında ilk asistini edib

Şotlandiya Liqa Kubokunda "Rangers" öz meydançasında "Queen of the South"u 3-1 hesabı ilə məğlub edib.

1873904
Rıdvan Yılmaz Şotlandiya karyerasında ilk asistini edib

Şotlandiya Liqa Kubokunda "Rangers" öz meydançasında "Queen of the South"u 3-1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində milli futbolçumuz Rıdvan Yılmaz Şotlandiya karyerasında ilk asistini edib.

"Rangers" Şotlandiya Liqa Kubokunda "Queen of the South"u qəbul edib.

İbroks stadionunda keçirilən görüş meydan sahiblərinin 3-1 hesablı üstünlüyü ilə başa çatıb.

10-cu dəqiqədə Robbi Ure, 24-cü və 86-cı dəqiqələrdə isə Skott Arfildin vurduğu qollar "Rangers"ə qələbə qazandırıb.

Queen of the South"un yeganə qolu 17-ci dəqiqədə Li Konellidən gəlib.

"Beşiktaş"dan "Rangers"ə keçən Rıdvan Yılmaz yeni komandasında ilk assistini edib.

Milli futbolçumuz Rıdvan Yılmaz ilk 11-də başlayan və 90 dəqiqə davam edən qarşılaşmada Scott Arfieldə sol cinahdan ötürmə ilə qola imza atıb.



Әlaqәli Xәbәrlәr