“Trabzonspor” səfərdə rəqibinin qarşısına çıxır

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

1868437
“Trabzonspor” səfərdə rəqibinin qarşısına çıxır

TRT Spor xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. 

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası  isə  Norveçdə "Budö Qlimt"in qonağı olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq.

 

 



Әlaqәli Xәbәrlәr