FİFA Hindistanın Futbol Federasiyası ilə əlaqələrini dayandırıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.

1868575
FİFA Hindistanın Futbol Federasiyası ilə əlaqələrini dayandırıb

TRT Spor xəbər verir ki, bu FİFA-nın mətbuat xidmətindən bildirilib.

Qərar yekdilliklə üçüncü tərəflərin qeyri-qanuni təsiri səbəbindən qəbul edilib ki, bu da FİFA nizamnamələrinin ciddi şəkildə pozulması deməkdir.

Üzvlüyün dayandırılması o deməkdir ki, 2022-ci il oktyabrın 11-dən 30-dək Hindistanda keçiriləcək 17 yaşadək qadınlar arasında Dünya Çempionatı daha həmin ölkədə keçirilə bilməz.

Xatırladaq ki, martın 31-də konqresin yekunlarına əsasən FİFA Pakistan, Keniya və Zimbabve futbol federasiyalarının üzvlüyünü dayandırıb.

 



Әlaqәli Xәbәrlәr