“Real”dan “Ayntraxt” üzərində super qələbə

Futbol üzrə UEFA Super Kubokunun 2022-ci il üçün qalibi müəyyənləşib.

1866689
“Real”dan “Ayntraxt” üzərində super qələbə

TRT Spor xəbər verir ki, həlledici matçda “Real” (İspaniya) və “Ayntraxt” (Almaniya) komandaları qarşılaşıb.

Madrid klubu UEFA Çempionlar Liqasının, Frankfurt təmsilçisi isə Avropa Liqasının son qalibi kimi Super Kubok matçında oynamaq hüququ qazanmışdı. Sözügedən komandalar Finlandiyanın paytaxtı Helsinkidə, Olimpiya Stadionunda üz-üzə gəliblər.

Qarşılaşmanın taleyini 2 qol həll edib. “Real” rəqibini hər hissədə bir qol vurmaqla məğlub edib.



Әlaqәli Xәbәrlәr