Türkiyə üzgüçüsü La-Manş boğazını keçən ən gənc idmançı oldu

Trekin çətin və yorucu olduğunu dilə gətirən Aysu deyib...

1861737
Türkiyə üzgüçüsü La-Manş boğazını keçən ən gənc idmançı oldu

 

  Türkiyəli üzgüçü Aysu Türkoğlu İngiltərə ilə Fransa arasındakı La-Manş boğazını 16 saat 28 dəqiqəyə keçən ən gənc idmançı oldu.

  İzmirin Ege Universiteti Bədən Tərbiyəsi fakültəsinin tələbəsi 21 yaşlı Aysu Türkoğlu 60 kilometr məsafəni qət edib.

  Trekin çətin və yorucu olduğunu dilə gətirən Aysu deyib: "Mən sahilə çıxıb ölkəmi təmsil etdiyimi bir daha duyunca bütün yorğunluğum getdi. Bu qüruru yaşadığım üçün çox şadam. Mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm. Ümid edirəm ki, bütün idmançı yoldaşlarım da bu hissləri yaşayacaqlar".



Әlaqәli Xәbәrlәr