Milli atlet Merve Tuncel qızıl medal qazanıb

Milli atlet Merve Tuncel Rumıniyada keçirilən yeniyetmələr arasında üzgüçülük üzrə Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb.

1853010
Milli atlet Merve Tuncel qızıl medal qazanıb

TRT Spor xəbər verir ki, Paytaxt Buxarestdə keçirilən tədbirdə milli üzgüçü Merve Tuncel qadınlar arasında 1500 metr məsafəyə sərbəst üsulla 16.13.68 nəticə ilə qızıl medal qazanıb.

Merve 200 metr məsafəyə sərbəst üsulla 2.00.02 göstərici ilə Avropa üçüncüsü olub.

19-cu Aralıq dənizi Oyunlarında 800 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə qızıl medal qazanan Merve Tuncel oyunlar tarixində çempionluğa yüksələn ilk türk qadın üzgüçü oldu.



Әlaqәli Xәbәrlәr