“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Domenek Torren istefaya göndərilib.

1846562
“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi

TRT Sporun  xəbərinə   görə  bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib  ki, İspaniyalı mütəxəssislə müqaviləyə xitam verilib. 60 yaşlı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib.

Xatırladaq ki, Domenek Torren bu ilin yanvarında “Qalatasaray”ın sükanı arxasına keçmişdi. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi var 

 



Әlaqәli Xәbәrlәr