Qadın güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan 17 yaşadək güləşçilərin Avropa çempionatında qadın idmançılarımız mübarizəyə davam edir.

1844861
Qadın güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Türkiyə təmsilçilərindən 57 kq-da Finalda çıxış edən Tuba Dəmir Macar rəqibi Gerda Terek-i 11-0 hesabı ilə udaraq Avropa çempionu olub.

65 kq-da döşək üzərinə çıxan milli güləşçilərdən Duyqu Gen isə finalda polşalı Nikola Vasilevskaya qarşı mübarizə aparıb. Türkiyəli pəhləvan polşalı rəqibinə məğlub olaraq gümüş medalın sahıbı olub.

49 kq çəki dərəcəsində qrup ikicncisi kimi mübarizə aparan Şevval Çayır rumıniyalı rəqibi Ana Maria Gianina Rotarunu məğlub edərək bürünc medal qazanıb.

53 kq çəki dərəcəsində Sevim Akbaş, 61 kq-da İlayda Cin və 69 kiloda Ayşə Ərkan isə rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.



Әlaqәli Xәbәrlәr