Türkiyə - Litva qarşılaşması TRT ekranlarında

Türkiyə millisi C Liqasının 1-ci qrupunda ikinci oyununda Litvanın qonağı olacaq.

1838332
Türkiyə - Litva  qarşılaşması TRT ekranlarında

İlk oyununda Farer adalarını 4:0 hesabı ilə məğlub edərək liderliyə yüksələn Millilər səfərdən qələbə ilə qayıtmağı hədəfləyir.

Türkiyə ilk dəfə Litva ilə qarşılaşacaq. Paytaxt Vilnüsdəki Litva Futbol Federasiyasının Stadionunda oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:45-də başlayacaq.

Serbiyalı hakim Novak Simoviçin idarə edəcəyi qarşılaşma TRT 1-də canlı yayımlanacaq.



Әlaqәli Xәbәrlәr