ÇL:Real (İspaniya) səfərdə məğlub oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

1818747
ÇL:Real (İspaniya) səfərdə məğlub oldu

TRT Spor xəbər verir ki, yarımfinalın keçirilən ilk oyununda “Real” İngiltərədə “Mançester Siti”nin qonağı olub.

İspaniya nəhəngi yarımfınaldan əvvəl İngiltərənin daha bir təmsilçisini – “Çelsi”ni mübarizədən kənarlaşdırmışdı. Elə “şəhərlilər” də bu mərhələyə yüksəlmək üçün İspaniya komandasını – Madrid “Atletiko”sunu məğlub etməli olmuşdu.

Bu komandaların Mançesterdə baş tutan ilk oyunu kifayət qədər məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

“Real”la “Mançester Siti” arasında cavab matçı mayın 4-də, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Yarımfinalın daha bir cütündə bu gün “Liverpul”la “Vilyarreal” üz-üzə gələcək. Bu komandalar arasında cavab matçı isə mayın 3-də, İspaniyada keçiriləcək.

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 4:3

Qol: K.D.Bruyne, 2. Q.Jezus, 11. F.Foden, 53. B.Silva, 74 – K.Benzema, 33; 82-pen. V.Junior, 55.
Baş hakim: İstvan Kovaç (Rumıniya).



Әlaqәli Xәbәrlәr