“Barselona” minimal hesabla qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

1816431
“Barselona” minimal hesabla qələbə qazandı

TRT Spor xəbər verir ki, sonuncu oyun günündə dörd görüş baş tutub.

“Levante” – “Sevilya” və “Kadis” – “Atletik” matçlarında 5 qol qeydə alınıb və qonaqlar oxşar hesabla qalib gəliblər.

“Real”ın yaxın izləyicilərindən olan “Barselona” çətin səfərə yollanıb. Xavinin komandası “Real Sosyedad”la qarşılaşmada minimal hesabla üstün olub.(1:0) Barselonanın digər təmsilçisi “Espanyol” isə doğma meydanda “Rayo Valyekano”ya minimal hesabla uduzub.

 

 



Әlaqәli Xәbәrlәr