Prezident Türkiyə Velosiped Turu davam edir

57-ci Prezident Türkiyə Velosiped Turunun dünən keçirilən beşinci mərhələsini Hollandiya təmsilçisi Team DSM-dən avstraliyalı Sem Uelsford qazanıb.

1812757
Prezident Türkiyə Velosiped Turu davam edir

Turun beşinci günündə Manisa-Ayvalık mərhələsi geridə qaldı. Manisadan start götürən 5-ci mərhələdə 160 velosipedçi iştirak edib. Velosipedçilər Soma və Berqamadan keçərək 191,7 kilometr yol qət etdikdən sonra Balıkəsir Ayvalıkda finişə çatıblar. Çətin sprintdən sonra finişi tamamlayan Hollandiya təmsilçisi Team DSM-dən avstraliyalı Sem Uelsford 4 saat 13 dəqiqə 49 saniyə nəticə ilə birinci yeri tutub. Əvvəlki gün İzmir-Manisa mərhələsini birinci yerdə tamamlayan İtaliyanın Drone Hopper-Androni Giocattoli komandasından argentinalı Eduardo Sepulveda ümumi təsnifatda liderliyini davam etdirib. Dünya şöhrətli idmançılar bu gün 1915 Çanaqqala körpüsünü keçərək Asiyadan Avropa qitəsinə çatacaqlar.



Әlaqәli Xәbәrlәr