“Liverpul”  və “Mançester City” komandaları yarımfinala çıxdı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıran "Liverpul" İngiltərə klublarının rekordunu ələ keçirib.

1812198
“Liverpul”  və “Mançester City” komandaları yarımfinala çıxdı

TRT Spor xəbər verir ki,  Yurgen Kloppun komandası 12-ci dəfə avrokubokların yarımfinalına yüksəlib. Bu rekord “Mançester Yunayted”ə məxsus idi.

“Mançester Yunayted” Çempionlar Liqasında iştirakını 1/8 final mərhələsində Madrid “Atletiko”suna uduzaraq (1:2) başa vurmuşdu. “Mankunianlar” sonuncu dəfə 2010/2011 mövsümündə yarımfinala yüksəlmişdi.

Çempionlar Liqasının finalı mayın 28-də, Fransada “Stad de Frans” stadionunda baş tutacaq.

 

 



Әlaqәli Xәbәrlәr