Yasəmin Adar Yiğit beşinci dəfə Avropa çempionu oldu

Güləş üzrə Avropa çempionatının qadınlar arasında 76 kq çəki dərəcəsində final döyüşündə idmançımız Yasəmin Adar Yiğit estoniyalı Epp Maeeyə 3-1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

1805360

Paytaxt Budapeştdə keçirilən çempionatın dördüncü günündə Yasəmin Adar finalda estoniyalı Epp Maee ilə qarşılaşıb.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Yasəmin Adar karyerasında 5-ci Avropa çempionluğunu qazanıb.

Tokio Olimpiadasında üçüncü yeri tutaraq türk qadın güləşində yeni çığır açan Yasəmin daha əvvəl 2016, 2017, 2018 və 2019-cu illərdə Avropa çempionatlarında qızıl medal qazanmışdı.

Yasemin Adar ayrıca 2017-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Güləş üzrə Dünya Çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq adını türk güləşi tarixinə yazdırıb.

Әlaqәli Xәbәrlәr