DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinə start verildi

Türkiyə yığması C yolunda mübarizəyə başladı. “Ay-ulduzlular” səfərdə Portuqaliya ilə görüşdü.

1801753
DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinə start verildi

Türkiyə yığması C yolunda mübarizəyə başladı. “Ay-ulduzlular” səfərdə Portuqaliya ilə görüşdü. Meydan sahibləri görüşün taleyini ilk yarıdakı qollarla həll etdi. Burak Yılmaz öncə fərqi azaltsa da, penaltini qaçırdı. Portuqaliyalılar isə son saniyələrdə üçüncü qola da imza atdılar. Bununla da Türkiyə millisinin mundial arzusu ən azı 4 illik təxirə düşdü.

İtaliya isə Şimali Makedoniyanı qəbul etdi. Uzatma dəqiqələrində qol sevinci yaşayan qonaqlar qələbə qazandı. Son Avropa çempionunun mundial xəyalı yarımfinalda başa çatdı.

Mundiala vəsiqə Portoda baş tutacaq Portuqaliya – Şimali Makedoniya matçında sahibini tapacaq. Bu qarşılaşma martın 29-da keçiriləcək.

A yolunda Uels öz meydanında Avstriyanı qəbul etdi. Hər hissədə bir qol vuran Qaret Beyl böyük britaniyalıları mundialın bir addımlığına daşıdı. 

Şotlandiya – Ukrayna qarşılaşması, həmçinin qalib komandalar arasında final iyunda təşkil olunacaq.

B yolunda İsveç Çexiyanı sınağa çəkdi. Əsas vaxtı qolsuz başa çatan görüşün qalibini müəyyənləşdirmək üçün əlavə 30 dəqiqəyə oynanıldı. Skandinaviyalılar 110-cu dəqiqədə vurulan qolla növbəti mərhələyə yüksəldi.

Bu komanda Rusiya yarışdan kənarlaşdırıldığı üçün birbaşa finala yüksələn Polşa ilə qarşılaşacaq. DÇ-2022-yə vəsiqənin sahibi iyunun 29-da Polşada baş tutacaq matçda bəlli olacaq.

DÇ-2022-nin Avropa zonası üzrə pley-off
Yarımfinal, 24 mart
A yolu
Uels – Avstriya – 2:1
Qaret Beyl, 25, 51 – Ben Devis, 64 (avtoqol)

B yolu
İsveç – Çexiya – 1:0
Robin Quaison, 110

C yolu
Portuqaliya – Türkiyə - 3:1
Otavio, 15, Dioqo Jota, 42, Mateus Luis, 90+4 – Burak Yılmaz, 66
İtaliya – Şimali Makedoniya – 0:1
Aleksandar Traykovski, 90+2



Әlaqәli Xәbәrlәr