"Qalatasaray" səfərdə məğlub oldu

Spor Toto Super Liqanın 30-cu həftəsində Əhməd Çalık mövsümündə "Qaziantep FK" və "Qalatasaray" komandaları üz-üzə gəlib.

1798831
"Qalatasaray" səfərdə məğlub oldu

Spor Toto Super Liqanın 30-cu həftəsində Əhməd Çalık mövsümündə "Qaziantep FK" və "Qalatasaray" komandaları üz-üzə gəlib.

Qaziantep Kalyon Stadionunda keçirilən matçda "Qalatasaray" 3-1 hesabı ilə məğlub olub.

"Sarı-qırmızılar" 34-cü dəqiqədə Qomisin qolu ilə önə keçib, cavab 45+4. dəqiqə ərzində Djiolobodji tərəfindən verilib. 

"Qaziantep FK" 71-ci dəqiqədə Maksimin penalti qolu ilə hesabı 2-1, Figueiredo isə 81-ci dəqiqədə son sözü deyib.

Bu nəticə ilə "Qalatasaray" liqada 12-ci məğlubiyyətini alıb və xalını 38-də saxlayıb.

"Qaziantep FK" isə 40 xal toplayaraq rəqibini geridə qoyub.



Әlaqәli Xәbәrlәr