“Fənərbaxça” “Slaviya” ilə qarşılaşacaq

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

1780091
“Fənərbaxça” “Slaviya” ilə qarşılaşacaq

TRT Spor xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Türkiyə təmsilçisi “Fənərbaxça” “Slaviya” ilə qarşılaşacaq.

“Lester Siti” doğma meydanda “Randers”i, “Seltik” “Bodo Qlimt”i, PSV isə Təl-Əviv “Makkabi”sini qəbul edəcək. “Qarabağ” Fransada Marsel “Olimpik”i ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası

1/16 finalın ilk oyunları

17 fevral

Fənərbaxça (Türkiyə) – Slaviya (Praqa, Çexiya)

Midtyulland (Danimarka) – PAOK (Yunanıstan)

PSV (Niderland) – Makkabi (Təl-Əviv, İsrail)

Rapid (Vyana, Avstriya) – Vitess (Niderland)

Olimpik (Marsel, Fransa) – Qarabağ (Azərbaycan)

Lester Siti (İngiltərə) – Randers (Danimarka)

Seltik (Şotlandiya) – Bodo Qlimt (Norveç)

Sparta (Praqa, Çexiya) – Partizan (Serbiya)

 



Әlaqәli Xәbәrlәr