“Fənərbaxça” kuboka vida etdi

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə start verilib.

1775691
“Fənərbaxça” kuboka vida etdi

TRT Spor xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Kasımpaşa” - “Qaziantep” matçında qonaqlar qələbə qazanıblar. Doqquz qolluq “Fatih Karagümrük” - “Konyaspor” görüşü isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” öz meydanında “Kayserispor”la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Beləcə Kayserispor bu qələbə ilə ¼ finala vəsiqə qazandı. Fənərbaxça isə kuboka vida etdi.

Türkiyə kuboku

1/8 final

8 fevral

Kasımpaşa – Qaziantep 1:2

Qol: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.

Fatih Karagümrük – Konyaspor 5:4

Qol: L.Mərcan, 7. A.Musa, 28. Borini, 67; 80-pen. E.Mor, 101 – Koka, 11; 21-pün. Amilton, 60. M.Çağıran, 87.

Fənərbaxça – Kayserispor 0:1

Qol: R.Çivelek, 90+4.

 9 fevral

14:30. Bandırmaspor – Sivasspor

18:30. Hatayspor - Antalyaspor

21:30. Dənizlispor – Trabzonspor

10 fevral

18:30. Alanyaspor – Adana Dəmirspor

21:30. Beşiktaş - Göztəpə

 



Әlaqәli Xәbәrlәr