Səmih Kaya yenidən “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

1773359
Səmih Kaya yenidən “Qalatasaray”da

TRT Spor xəbər verir ki, İstanbul təmsilçisi Çili yığmasının yarımmüdafiəçisi Erik Pulqarı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu İtaliyanın “Fiorentina” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Erik Pulqar 2019-cu ildən “Fiorentina”da çıxış edir. Çili yığmasının üzvü daha öncə “Deportes Antofaqasta”, “Universidad Katolika” və “Bolonya” klublarında da çıxış edib.

“Qalatasaray” gənc futbolçularından sabiq müdafiəçisi Səmih Kaya ilə də müqavilə bağladı. Belə ki, son olaraq “Yeni Malatyaspor” klubunda çıxış edən futbolçu bir neçə gün öncə qarşılıqlı razılıq əsasında Malatya təmsilçisi ilə müqaviləsinə xitam verib. O, ilyarım idi bu komandanın uğurları üçün çalışırdı. Təcrübəli futbolçu bu müddət ərzində 56 oyuna çıxıb.

30 yaşlı stopperin məhz “Qalatasaray”dan aldığı təkliflə “Yeni Malatyaspor”u tərk  edib. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Semih, sabiq klubu ilə rəsmi müqavilə imzalayıb. Onun mövsümün sonuna qədər “Qalatasaray”da forma geyinəcəyi bildirilir.

 



Әlaqәli Xәbәrlәr