“Fənərbaxça” icarəyə verdiyi futbolçunu geri qaytardı

Türkiyənin “Fənərbaxça” klubu bu mövsümün əvvəlində “Uotford”a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb.

1772761
“Fənərbaxça” icarəyə verdiyi futbolçunu geri qaytardı

TRT Spor xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini “Fənərbaxça”da davam etdirəcək.

Xatırladaq ki, “Uotford” Ozan Tufanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqadakı yerini qorusa, Ozanı birdəfəlik transfer etməlidir. Klub elitanı tərk edəcəyi halda isə yarımmüdafiəçi “Fənərbaxça”ya qayıdacaq.



Әlaqәli Xәbәrlәr