Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub

TRT Spor xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

1767273
Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub

 “Antalyaspor” – “Qaziantep” və “Hatayspor” – “Rizəspor” matçlarında qapılara qol vurulmayıb. “Kasımpaşa” “Kayserispor”la ev oyunundan, “Alanyaspor” isə “Girəsunspor”la səfər matçından inamlı qələbə ilə ayrılıb.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Konyaspor” səfərdə “Altay”ı minimal hesabla üstələyib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Trabzonspor” son turlarda uğursuz çıxış edən “Qalatasaray”ın qonağı olub. Üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası

23-cü tur

22 yanvar

Yeni Malatyaspor – Beşiktaş 1:1

Qol: A.Büyük, 84-pen – A.Teyşeyra, 62.

 Adana Dəmirspor – Fatih Karagümrük 5:0

Qol: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83.

 Sivasspor – Fənərbaxça 1:1

Qol: P.Enrike, 74 – Zayç, 18.

Başakşəhər – Göztəpə 1:2

Qol: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87.

23 yanvar

Antalyaspor – Qaziantep 0:0

 Kasımpaşa – Kayserispor 3:1

Qol: K.Subaşı, 15-öz qapısına. U.Bozok, 39. A.Engin, 52 – Qavranoviç, 12.

 Hatayspor – Rizəspor 0:0

 Girəsunspor – Alanyaspor 1:3

Qol: U.Nayir, 41 – Davidson, 5. E.Akbaba, 6; 90+7.

 Altay – Konyaspor 0:1

Qol: Koka, 68-pen.

 Qalatasaray – Trabzonspor 1:2

Qol: Çikaldau, 31-pen – Bakasetas, 84. Vişça, 90.

 



Әlaqәli Xәbәrlәr