Türkiyənin UEFA Millətlər Liqasında qarşılaşacağı rəqibləri

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2022-2023 mövsümünün püşkü atılacaq

1748182
Türkiyənin UEFA Millətlər Liqasında qarşılaşacağı rəqibləri

TRT Spor xəbər verir ki,  tədbir  UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Türkiyə yığmasının da rəqibləri bəlli olacaq. 3-cü dəfə təşkil olunacaq yarışda əvvəlki illərdəki kimi Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada qüvvəsini sınayacaq. Türkiyə  yığması C liqasında çıxış edəcək.

 A liqası

1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika

2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya

3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya

4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

 B liqası

1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya

2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya

3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya

4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C liqası

1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya

3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo

4-cü səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Cəbəllütariq, Farer adaları

D liqası

1-ci səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Lixtenşteyn, Malta

2-ci səbət: Latviya, San-Marino, Andorra

 Artıq turnirin oyun günləri də bəllidir. Gələn il iyunun 1-14-də ilk 4 turun matçları baş tutacaq. Sentyabrın 22-27-də isə qruplarda son iki tur oynanılacaq.

Həlledici qarşılaşmalar 2023-cü ilə planlaşdırılıb. İyunun 14-15-də yarımfinal, 18-də üçüncülük matçı və final keçiriləcək. Pley-off martın 21-23 və 24-26-na təyin edilib.

 



Әlaqәli Xәbәrlәr