10 Dekabr – Ümumdünya Futbol Günüdür

Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar

1742813
10 Dekabr – Ümumdünya Futbol Günüdür

 

  10 dekabr – Ümumdünya Futbol Günü Birləşmiş Millətlər Təşkilatının qərarı ilə qeyd olunur.

  Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu, milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir.

  Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, çsu-çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər.

  Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun “top uğrunda mübarizə” adlandırılıb.

  Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır.

  Futbol Günü idmançıları və idmanın bu növünün sadiq azarkeşlərini birləşdirən bayramdır.

  Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının "Cənub inşaatçısı" komandası olub.



Әlaqәli Xәbәrlәr