Avroliqa: “Qalatasaray” “Latsio”, “Fənərbaxça” “Ayntraxt”  ilə qarşılaşacaq

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulacaq.

1706689
Avroliqa: “Qalatasaray” “Latsio”, “Fənərbaxça” “Ayntraxt”  ilə qarşılaşacaq

TRT spor  xəbər  verir ki,  ikinci oyun günündə 8 qrup üzrə 15 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliya “Latsio”sunu qəbul edəcək. “Fənərbaxça” isə Almaniyada “Ayntraxt”ın qonağı olacaq.

 Xatırladaq ki, Avroliqada qrup mərhələsinə ötən gün C qrupu çərçivəsində keçirilmiş “Spartak” (Moskva, Rusiya) – “Legiya” (Polşa) matçı ilə start verilib. Bu oyunda Polşa təmsilçisi səfərdə 1:0 hesablı qələbəyə sevinib.



Әlaqәli Xәbәrlәr