Avroliqa: “Fənərbaxça” və  “Qalatasaray” rəqibləri bəlli oldu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

1698528
Avroliqa: “Fənərbaxça” və  “Qalatasaray” rəqibləri bəlli oldu

TRT Spor xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirə Bakı vaxtı ilə saat 14:00-da start verilib.

Püşkatma ümumilikdə 32 komandanın iştirakı ilə keçirilib. Onlardan 12-si qrup mərhələsinə avtomatik qatılanlar, 10-u Avropa Liqasının pley-off mərhələsinin qalibləri, 10-u Çempionlar Liqasının pley-off və 3-cü təsnifat mərhələsində uduzanlardan ibarətdir.

Komandalar 8 bərabər qrupa bölünüblər. Türkiyə təmsilçilərindən “Fənərbaxça” D qrupunda “Olimpiakos” (Yunanıstan), “Ayntraxt” (Almaniya) və “Antverpen”ə (Belçika) rəqib olub. “Qalatasaray” isə E qrupunda “Latsio” (İtaliya), “Lokomotiv” (Moskva, Rusiya) və “Olimpik”lə (Marsel, Fransa) mübarizə aparacaq.

Qrup mərhələsindəki oyunlar 16 sentiyabrda başlayacaq.



Әlaqәli Xәbәrlәr