TRT Spor Qadınlar üzrə Avropa Voleybol Çempionatını birbaşa translyasiya edir

32-ci Qadınlar üzrə Avropa Voleybol Çempionatı başlayır

1693473
TRT Spor Qadınlar üzrə Avropa Voleybol Çempionatını birbaşa translyasiya edir

 

TRT Spor Qadınlar üzrə Avropa Voleybol Çempionatını canlı təqdim edir.

32-ci Qadınlar üzrə Avropa Voleybol Çempionatı başlayır.

  Türkiyə qrupundakı ilk matçını ev sahibi Rumıniya ilə oynayacaq.

  Avqustun 18-i Türkiyə saatı ilə 20.30-da başlayacaq mübarizə TRT Spor televiziyasından canlı yayımlanacaq.

  4 ayrı-ayrı ölkədə qrup matçlarının oynanılacağı oyunlara Bolqarıstan, Xorvatiya, Rumıniya və Serbiya ev sahibliyi edəcək.

  Türkiyə Ukrayna, İsveç, Finlandiya, Hollandiya və ev sahibi Rumıniya ilə birlikdə D Qrupundadır.

  Ardıcıl 10-cu dəfə Avropa Çempionatınsa iştirak edən Türkiyə milliləri turnirin sevimli (favorit) komandaları arasında sayılır.

  Son 3 turnirdə son 4 komanda arasına adını yazdıran Türkiyənin ümumilikdə 2 ikinciliyi, 2 üçüncülüyü var.

  2021-ci il 32-ci Qadınlar Avropa Voleybol Çempionatında Türkiyənin D Qrupundakı matç proqramı belədir:

 

18 avqust:

20.30 – Rumıniya – Türkiyə

20 avqust:

20.30 - Türkiyə - Ukrayna

 

22 avqust:

17.30 - Türkiyə - İsveç

 

23 avqust:

20.30 - Türkiyə - Finlandiya

 

24 avqust:

17.30 – Hollandiya – Türkiyə



Әlaqәli Xәbәrlәr