Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayının artdığı açıqlandı

Tokio Olimpiadasının təşkilatçıları koronavirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.

1678251
Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayının artdığı açıqlandı

Tokio Olimpiadasının təşkilatçıları koronavirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.

Bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto son 24 saat ərzində oyunlarla əlaqədar daha 10 nəfərin koronavirusa yoluxmasından danışarkən deyib. Ümumilikdə artıq 80-ə yaxın nəfərin virusa yoluxduğunu qeyd edən T.Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü qeyd edib.

“Biz koronavirusa yoluxma hallarının necə dəyişəcəyini əvvəlcədən söyləyə bilmərik. Buna görə də yoluxma sayı kəskin artacağı təqdirdə biz müzakirələri davam etdirəcəyik. Əldə edilən razılaşmaya görə, koronavirusla əlaqədar vəziyyətdən asılı olaraq biz beştərəfli müzakirələri yenidən davam etdirəcəyik. Hazırda koronavirusa yoluxma sayı həm arta, həm də azala bilər. Buna görə də biz belə vəziyyət yaranacağı təqdirdə hansı addımları atmalı olduğumuzu düşünürük”, - deyə baş direktor bildirib. 

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Tokio Olimpiadasında "Covid-19" riskini sıfıra endirməyin mümkün olmadığını və turnirin uğurlu olmasının yoluxma gedişatına nəzarətin səviyyəsilə ölçülməsinin vacibliyini söyləyib.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Tokioda keçirilən iclasında çıxış edən Gebreyesus ÜST-nin məsləhəti ilə görülən və Təşkilat Komitəsi tərəfindən həyata keçiriləcək antivirus tədbirlərinin "Olimpiadalarda sınaqdan keçiriləcəyini" deyib.

Turnir çərçivəsində "Covid-19" riskini sıfıra endirməyin" mümkün olmadığını söyləyən Gebreyesus "Uğurlu olunmasının əlaməti sıfır risk deyil. Bəzi halların aşkarlandığından xəbərdaram" deyə bildirib. 

Gebreyesus "Uğur olmağın əlamətdar xüsusiyyəti istənilən hadisəni mümkün qədər tez müəyyənləşdirmək, təcrid etmək, izləmək və müalicə etməkdir. Bu daha da yayılmanın qarşısını alacaqdır" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr