“Tokio-2020”-nin ləğvi üçün 450 mindən çox imza toplanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvini dəstəkləyən petisiya üçün Yaponiyada 450 mindən çox imza toplanıb.

1676318
“Tokio-2020”-nin ləğvi üçün 450 mindən çox imza toplanıb

Məlumatına görə, "Change.org" onlayn platformasındakı petisiya yaponiyalı hüquqşunas və siyasətçi Kenci Utsunomiya tərəfindən başladılıb.

O, mətbuat konfransında fəaliyyətlərini uğurla nəticələndirdiklərini ifadə edərək: “May ayından bəri bu qədər tərəfdar toplamağı bacardıq. Bu, məni çox ruhlandırdı. Mövzu ölkədə və xaricdə geniş rezonans doğurdu. Oyunların ləğv edilməsini istəyirik. Bu məqsədlə petisiyanı Tokyo qubernatorluğuna çatdırdıq”. Belə bir dövrdə tədbirin ləğv edilməməsi məntiq ilə üst-üstə gəlməz deyən Utsunomiya, turnir səbəbi ilə epidemiyanın yayılma sürəti artarsa, səhhiyi mərkəzlyərinin buna cavabdeh olabilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

 



Әlaqәli Xәbәrlәr