Messinin “Barselona” ilə müqaviləsinin müddəti bitdi

Argentinanın futbol üzrə yığmasının hücumçusu Lionel Messi azad agent olub.

1668033
Messinin “Barselona” ilə müqaviləsinin müddəti bitdi

TRT xəbər verir ki, Messinin İspaniyanın “Barselona” futbol komandası ilə müqaviləsi bu gün( 1 iyul) başa çatıb.

Razılaşmanın müddətinin uzadılması indiyə qədər rəsmən açıqlanmayıb. Bu halda argentinalı komanda ilə yeni müqavilə imzalaya biləcək.

Messi 2003-cü ildən bütün karyerası boyunca “Barselona”da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və səkkiz dəfə Superkuboku qazanıb. Hücumçu habelə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA-nın Superkubokunu, klublararası dünya çempionatını udub.



Әlaqәli Xәbәrlәr