Milli güləşçimiz Taha Akgül 8-ci  dəfə Avropa çempionu oldu

Dünya və Olimpiya çempionu milli güləşçimiz Taha Akgül, Rusiya atleti Sergey Kozyrevi məğlub edərək 8-ci  dəfə  Avropa çempionatını qazandı.

1626157
Milli güləşçimiz Taha Akgül 8-ci  dəfə Avropa çempionu oldu

Polşanın paytaxtı Varşavada keçirilən Günəş  üzrə  Avropa Çempionatında 125 kq çəki dərəcəsində  mübarizə aparan Taha Agül, ilk turda 3 dəfə dünya çempionu olan Gürcüstanlı  rəqibi  Geno Petriashvili (6-1), dörddəbir finalda  Polşalı Kamil Tomaszı Kosciolek (6-1), yarımfinalda Belarusiyalı Dzianis Khramiankou (4-0) məğlub edərək finala yüksəldi. Finalda Gənclər Olimpiadasının çempionu rusiyalı Sergey Kozyrevlə qarşılaşan milli güləşçi, rəqibinin aqressiv davranışına qarşı mübarizənin son hissəsində sakit olmağı bacardı və 9-2  hesabla  matçı qazanaraq 8-ci dəfə  Avropa çempionu  oldu.

Prezident Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuat Oktay və nazir Mehmet Muharrəm Kasapoğlu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu milli   güləşçimiz Taha Akgülü təbrik edib.



Әlaqәli Xәbәrlәr