Əsrin ən yaxşı futbolçusu bəlli oldu

“Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib.

1553190
Əsrin ən yaxşı futbolçusu bəlli oldu

Levandovski 2020-ci ilin futbolçusu, Münhen təmsilçisinin çalışdırıcısı Hansi Flik isə ilin məşqçisi elan olunub. “Bavariya”  isə  ilin klubu seçilib.

“Globe Soccer Awards” əsrin ən yaxşılarını da elan edib. İtaliyanın  “Yuventus” komandasının hücumçusu Kristiano Ronaldo 21-ci əsrin ən yaxşı futbolçusu elan olunub.

Hazırda İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola əsrin məşqçisi, İspaniya “Real”ı əsrin klubu, Jorje Mendeş əsrin futbol agenti seçilib. İker Kasilyas və Jerar Pike isə uğurlu karyera mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr